Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırlıq çərçivəsində bu gün helikopterin mühərrik işəsalma sınağı baş tutub.
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında "Türk Havacılık ve Uzay Sanayii AŞ" şirkəti tərəfindən həyata keçirilən proqram çərçivəsində dizayn və istehsal mərhələsinin böyük hissəsi geridə qalıb.
İlk prototip istehsalı yaxın günlərdə tamamlanan helikopter üçün sistem və yer sınaqları davam etdirilir.
Bu gün baş tutan uğurlu sınaqdan sonra maraqla gözlənilən gün isə sentyabrın altısıdır. Həmin gün helikopter ilk sınaq uçuşunu həyata keçirəcək.
Dəyanət Ağalarlı
Ordu.az