Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən təlimlər ənənəvi olaraq keçirilən “Kakadu-2018” hərbi təlimləridir.
Məsələ ilə bağlı Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, sentyabrın 14-ü start götürəcək təlimlər üçün rəsmi dəvət göndərilən dövlətlər artıq öz iştiraklarını təsdiqləyirlər.
Belə ki, son olaraq bu gün Çin hərbi rəhbərliyi Avstraliyanın dəvətini qəbul edərək donanmanın “Kakadu-2018” hərbi təlimlərində iştirak edəcəyini bildirib.
Qeyd edək ki, sözügedən təlimlərə iştirakçı dövlətlərin ümumilikdə 3 min hərbçisinin və 24 döyüş gəmisinin qatılması gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az