Rusiya Tu-95MS-lərin modernizasiya edilməsini istəyir

2018/09/40491589_314109749353222_5817720974107213824_n_1535817615.jpg
Oxunub: 3089     00:00     02 Sentyabr 2018    
Rusiya Müdafiə Nazirliyi və “Tupolev” kompaniyası Tu-95MS strateji bombardmançılarının modernizasiyasına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Tupolev”in rəhbəri Aleksandr Konyukov bəyan edib.

Konyukovun sözlərinə görə, TU-95MS-lər üzərində modernizasiya işləri Rusiyanın cənubundakı Taqanroq bölgəsində həyata keçiriləcək. Modernizasiya edilmiş təyyarələrin orduya çatdırılması isə 2019-cu ilin sonuna planlaşdırılıb.

Qeyd edək ki, hazırda Rusiya Aerokosmik Qüvvələrinin silahlanmasında 60 ədəd Tu-95 təyyarəsi var ki, bunların da 12-si Tu-95MS bombardmançılarıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tupolev   Tu-95MS   Modernizasiya  


Bizi "telegram"da izləyin