ABŞ İranın İraqda raket yerləşdirməsinə kəskin etiraz bildirib

2018/09/40588360_905036069705726_6806827894854123520_n_1535817347.jpg
Oxunub: 2586     23:41     01 Sentyabr 2018    
Vaşinqton İran və İraq arasındakı hərbi yaxınlaşmadan narahatlığını ifadə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ağ Ev administrasiyası yayıb.

Bildirilib ki, İranın İraqda raket yerləşdirməsi Vaşinqtona edilmiş təhdid xarakteri daşıyır.

“Bu qərarın qəbul edilməsi və icrası Vaşinqtona təhdid göstərməkdən başqa bir şey deyil. Bu addım İraq və ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərə bilər”, - deyə bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   İran  


Bizi "telegram"da izləyin