NATO-nun Əfqanıstan missiyası genişləndirilir

2018/09/40406206_1123924337770574_6837580741161779200_n_1535814897.jpg
Oxunub: 3754     23:13     01 Sentyabr 2018    
NATO Əfqanıstandakı missiyasının fəaliyyət müddətinin uzadılması ilə bağlı qərar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı NATO nümayəndəsi general Rikardo Marçio Əfqanıstan hökumət rəsmisi Abdullah Abdullahla görüşü zamanı bildirib.

O qeyd edib ki, alyansın ali şurası son müzakirələrdən sonra Əfqanıstan missiyasının effektivliyini artırmaq üçün uzun perspektivli planlaşdırmalar müəyyənlişdirib.

Belə ki, yeni qərara əsasən, Əfqanıstandakı alyans hərbi birliklərinin sayı azı 2 dəfə artırılacaq və bu missiyanın fəaliyyəti daha bir neçə il uzadılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Əfqanıstan  


Bizi "telegram"da izləyin