ABŞ B-52 bombardımançılarını təkmilləşdirir

2018/09/Снимок_1535798761.png
Oxunub: 2969     18:35     01 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri B-52 bombardımançılarının yeni versiyasının dizayn edilməsi üzərində işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, təyyarənin yeni versiyasının təkmilləşdirilməsi üzrə işlərə ötən ildən etibarən start verilib.

Məlumata əsasən, yeni bombardımançılar 70-80 faiz sinfinin əvvəlki nümayəndələri üzərində formalaşdırılacaq.

Belə ki, ediləcək dəyişikliklər nəticəsində bombardımançıların çəkisinin 4 faizə qədər azaldılacağına baxmayaraq onun yükdaşıma qabiliyyəti artırılacaq.

Qeyd edək ki, təyyarələrin 2022-ci ilə qədər prototip versiyasının təqdim edilməsi planalşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-52  


Bizi "telegram"da izləyin