Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Bildirilib ki, ümumi dəyəri 48 milyard dollar olan 2019-cu il planlaşdırılan büdcə layihəsi bu ilki mövcud büdcəyə nisbətdə 2,1 faiz daha çoxdur.
Məlumata əsasən, büdcə layihəsinin ən əhəmiyyətli bölmələrindən biri ABŞ-dan alınacaq hücumdan müdafiə sistemləridir.
Belə ki, “Raytheon” korporasiyasından “Aegis Ashore” radar sistemlərinin, SM-3 raketdən müdafiə sistemlərinin və PAC-3 hava hücumundan müdafiə sistemlərinin alışı üçün 2,1 milyard dollar maliyyə ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, parlament tərəfindən qəbul ediləcəyi təqdirdə Yaponiya tarixinin ən nəhəng hərbi büdcəsi olacaq 2019-cu il hərbi xərclər planı növbəti həftədən etibarən müzakirələrə çıxarılacaq.
Dəyanət Ağalarlı
Ordu.az