Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ donanmasının mətbuat xidməti yayıb.
Bildirilib ki, təlimlərdə Yaponiya donanmasına məxsus helikopter esminesi və ABŞ donanmasının USS “Ronald Reagan” aviadaşıyıcısı da daxil olmaqla çox sayda döyüş gəmiləri iştirak edir.
Məlumata əsasən təlimlərdə hər iki ölkədən ümumilikdə 3500-ə qədər hərbçi, 8 döyüş gəmisi və onlarla helikopter və təyyarə iştirak edir.
Qeyd edək ki, 3 gün davam edəcək təlimlərin son zamanlar mübahisə mövzusu olan Cənubi Çin dənizində keçirilməsinin Pekinə mesaj ola biləcəyi ehtimal edilir.
Dəyanət Ağalarlı
Ordu.az