“Austal” ABŞ donanmasına daha bir SDG çatdırıb

2018/09/40570012_1803327663096263_8152803489311883264_n_1535797192.jpg
Oxunub: 2149     22:34     01 Sentyabr 2018    
“Austal” firması ABŞ donanmasına özünün doqquzuncu “Freedom” sinifli sahil döyüş gəmisini çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “USS Charleston” adlı gəmi ABŞ donanmasının filotiliyasına daxil olan 16-cı SDG-dir.

“Austal”ın prezidenti Kreiq Persiavallenin sözlərinə görə, çatdırılan gəmidən əlavə hazırda daha beş gəmi isə inşaat mərhələsindədir. Alabamadakı tərsanədə tikilməkdə olan bu gəmilərdən biri yaxın zamanlarda dəniz sınaqlarına başlayacaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 355 gəmilik donanma qurma səyləri istiqamətində daha bir neçə sahil döyüş gəmisi almağı planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Austal   ABŞ   Döyüş-Gəmisi  


Bizi "telegram"da izləyin