Husilər Sədada Səudiyyə hərbçilərinə hücum edib

2018/09/SAA-in-east-Swaida-2_1535797075.jpg
Oxunub: 4198     18:17     01 Sentyabr 2018    
Husi qiyamçıları Yəmənin Səda vilayətində Səudiyyə Ərəbistanı hərbi qüvvələrinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasının mətbuat katibi Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, qiyamçı qüvvələr Yəmənin Səda vilayətində hərtəkətdə olan Səudiyyə hərbi karvanına hücum edib.

Məlumata əsasən, hücum zamanı Səudiyyə ordusunun bir hərbi yük maşınını sıradan çıxarıb. Nəticədə azı 3 hərbçi həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Yəmən   Husilər   Səda  


Bizi "telegram"da izləyin