Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabatda sözügedən bazarın dəyərinin 2023-cü ildə 390 milyon dollara çatacağı qeyd olunub.
Bildirilir ki, hərbi aerokosmik örtüklər bazarının 2018-ci il üçün dəyəri 310,7 milyon dollardır. Bu bazar qarşıdakı beş il ərzində illik 4,69% böyümə əldə də bilər.
Bazarın ən böyük sahibi Şimali Amerikadır. Lakin böyümənin əsas səbəbi Çin və Hindistanın müdafiə sektorlarında müşahidə edilən inkişafdır.
Əsas istehsalçı aktorlar PPG (ABŞ), “Akzo Nobel” (Niderland), “Sherwin-Williams” (ABŞ), “Hentzen Coatings” (ABŞ) və “Mapaero”dur (Fransa).
Ağalar Ağalarlı
Ordu.az