Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərə “Həzrəti Məhəmmət – 2” adı verilib.
Təlimlərlə bağlı İran ordusunun briqada generalı Qulam Hüseyn Qeybpərvərin bildirdiyi açıqlamaya əsasən, təlimlər 2 mərhələli olacaq.
Belə ki, 1-20 sentyabr tarixlərini əhatə edəcək birinci mərhələdə hərbçilərə əsasən təlimat xarakterli hazırlıqlar keçiriləcək. 21-28 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə isə öyrədilən təlimatlar praktiki olaraq tətbiq ediləcək.
Qeyd edək ki, 32 müxtəlif bölgədə keçirilən təlimlərdə İran Quru Qoşunlarının on minlərlə hərbçisi iştirak edir.
Dəyanət Ağalarlı
Ordu.az