Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ ordusunun generalı Ceyms Konvil bildirib.
O qeyd edib ki, ölkəsi bu ana qədərki hərbi innovasiyalara dərhal reaksiya göstərmək bacarığını ortaya qoyub ki, bu da ABŞ-ı dünyanın hərbi sahədə lider dövlətinə çevirib.
“Yeni hərbi inqilabın adı süni zəkadır. Bu yeniliyə olduqca cəld bir şəkildə adaptasiya olmaq və ordunun bu sahədə təkmilləşdirilməsini həyata keçirmək əhəmiyyətlidir. Çünki gələcək müharibələrin taleyini məhz süni zəka müəyyən edəcək. Pentaqonun bu baxımdan çevik addım atdığını demək olar”, - deyə Mək Konvil bildirib.
Dəyanət Ağalarlı
Ordu.az