Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, liderlər əvvəlcə təkbətək, daha sonra isə genişləndirilmiş formatda görüş keçirəcəklər. Görüş zamanı bəzi sənədlərin imzalanması və sonda mətbuat üçün bəyanatın yayımlanması gözlənilir.
Peskov bildirib ki, prezidentlər görüş zamanı ikitərəfli gündəmdəki əsas məsələləri nəzərdən keçirəcək, cari beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, İlham Əliyev və Vladimir Putin sonuncu dəfə bu il iyunun 13-də futbol üzrə dünya çempionatının Moskvada baş tutan açılış mərasimi zamanı bir araya gəliblər.
Ağalar Ağalarlı
Ordu.az