Husilər Səudiyyə döyüş texnikasını məhv edib

2018/09/Cqy7jwfWgAAhFj-1-1_1535789982.jpg
Oxunub: 2012     16:17     01 Sentyabr 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanına məxsus növbəti döyüş maşınını istifadəyə yararsız hala salıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçıların qiyamçılara yaxın mənbə yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanına məxsus zirehli texnika ölkənin Cəfv vilayətinin Əl-Məslub şəhəri yaxınlığında husilərin açdığı raket zərbəsinə məruz qalıb.

Məlumata əsasən, hücum zamanı zirehli texnika məhv edilib.

Qeyd edək ki, qiyamçılar texnikanın içində 4 heyət üzvünün olduğunu və onların hər birinin öldürüldüyünü iddia edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin