“İsrailin yeni raketləri Livandan uzağı vura bilər” – Ekspert

2018/09/7567_1535789540.jpg
Oxunub: 1822     16:11     01 Sentyabr 2018    
“İsrail Yaxın Şərqdə hər yeri vura biləcək yeni raket sistemi təkmilləşdirir. Söhbət sadəcə terrorçuların hədəf alınmasından getmir”.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu fikirləri hərbi təhlilçi Əmmar Vəqqaf səsləndirib.

Xatırladaq ki, İsrail Müdafiə naziri Aviqdor Liberman bir neçə gün öncə “Israel Military Industries” (IMI) tərəfindən təkmilləşdirilən sistemin qarşıdakı illərdə istifadəyə hazır olacağını bildirib.

Vəqqaf, bu bəyanatı İsrailin Yaxın Şərqdəki dominantlığını bərpa etməyə hazırlaşdığına işarə kimi qiymətləndirib: “Bu bəsitcə psixoloji üstünlüyə cəhddir. Onlar bunu mümkün olduğu qədər yüksəkdə saxlamağa çalışırlar. İsrail hər zaman regiondakı çəkindirmə gücünü saxlamağa çalışıb. Son 10 il ərzində onlar Hərbi Hava Qüvvələrinə fokuslandılar”.

Onun sözlərinə görə, “Hizbullah”ın qabaqcıl havadan müdafiə sistemləri yoxdur. Buna görə də İsrail artilleriyası ilə “Hizbullah”ı asanlıqla hədəfə ala və ağır zərbə endirə bilər.

“İsrailin artıq yer-yer raketləri var. Lakin bu bəyanat əldə ediləcək yeni əks-tədbir qabiliyyətinin potensial gələcək, yaxud hazırkı rəqiblərə hesablandığını ortaya qoyur”, - deyə analitik söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yaxın-Şərq   Raket  


Bizi "telegram"da izləyin