Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan donanmasının mətbuat xidməti verib.
Qeyd olunub ki, gündəlik 2 minə qədər eniş və qalxış üçün uyğun olan yeni bazada donanmaya məxsus çox sayda təlim və döyüş təyyarəsi, həmçinin onlara inteqrasiyası mümkün olan raketlər saxlanılacaq.
Məlumata əsasən, Koçi şəhərində yerləşən və donanmanın Cənub komandanlığına bağlı yeni hərbi baza eyni zamanda hərbi məktəb üçün praktika mərkəzi kimi də istifadə ediləcək.
Dəyanət Ağalarlı
Ordu.az