Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yəmən Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordu qüvvələri Sədanın qiyamçıların nəzarətindəki Əl-Zahir şəhərini azad ediblər.
Məlumata əsasən, əməliyyatlar zamanı baş verən qarşıdurmalarda 30 qiyamçı zərərsizləşdirilib, ordu qüvvələrinin itkilərilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, bununla da qiyamçılara qarşı Səda vilayətində aparılan əməliyyatlar yekunlaşdırılıb.
Dəyanət Ağalarlı
Ordu.az