Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya donanmasının komandanı Vladimir Korolyov səsləndirib.
O qeyd edib ki, ölkəsi hər hansısa bir beynəlxalq sularda təlim keçirmək planlaşdırırsa, bunu kiminləsə razılaşdırmaq məcburiyyətində deyil.
“Təlimlər planlaşdırıldığı kimi heç bir dəyişiklik edilmədən həyata keçiriləcək. Bu təlimlər Rusiyanın daxili məsələsidir və bu qərara heç kim mane ola bilməz. Əvvəl də deyildiyi kimi 26 döyüş gəmisi və 34 təyyarənin iştirakı ilə Aralıq dənizində planlaşdırılan təlimlər 1-8 sentyabr tarixlərində həyata keçiriləcək”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az