Suriya İranla hərbi əməkdaşlığını qabartmaqda qərarladır

2018/09/345345_1535783822.jpg
Oxunub: 1642     14:35     01 Sentyabr 2018    
Suriya İrabnla artan hərbi əməkdaşlığının bütün dünyaya təqdim edilməsində xüsusilə maraqlıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Xarici İşlər naziri Valid Əl-Muallem verib.

O qeyd edib ki, Suriya və İran arasındakı hərbi əməkdaşlığın miqyası genişləndikcə regional təhlükəsizlik daha da güclənir.

“Bu olduqca məntiqlidir ki, iki ölkə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi üçün tərəflər müqavilə imzalayır. Biz sadəcə bu müqavilələri imzalamaqla kifayətlənmir, həm də onu bütün dünyaya nümayiş etdiririk. Bu addımda başlıca məqsəd Suriyanın və regionun təhlükəsizliyinə edilən təhdidlərə mesaj göndərməkdi. Dəməşq-Tehran münasibətlərinin hərbi sferada daha gücləndirilməsi sözügedən təhlükələrin narahatlığına səbəb olur”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-İran   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin