Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Müdafiə naziri Ceyms Mettis ötən gün qatıldığı mətbuat konfransında bildirib.
O qeyd edib ki, layihənin ilin əvvəlindən planlaşdırılmamış olması hazırda Pentaqonun qarşısında bir sıra çətinliklər yaradır.
Belə ki, Kosmik Qüvvələr Komandanlığının yaradılması üçün çəkilən xərclər bu ilin dövlət büdcəsində qeyd edilməyib və o planlaşdırılmayan layihələr üçün ayrılan əlavə büdcə hesabına ödənir.
Mettisin sözlərinə görə layihənin əsas tətbiq müddəti və Kosmik Komandanlığın ilkin olaraq formalaşdırılması üzrə işlərin yekunlaşdırılması növbəti il üçün planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az