Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri İsrail Müdafiə naziri Aviqdor Liberman səsləndirib.
“Onların Suriyada nə limanları, nə də aeroportları var, lakin bu ideyanı istisna etmirlər. Onlar, Suriyada qarnizonların yaradılması ilə bağlı Əsəd hökuməti ilə danışıqları davam etdirirlər”, - deyə Liberman vurğulayıb.
Nazirin sözlərinə görə, İranın Suriyadakı fəaliyyətlərinin dayanmasının səbəbi İsrail ordusunun müdaxiləsi və Tehranın vuruşmaqda olduğu iqtisadi böhrandır.
“Onların Suriyada dayanmasının əsas səbəbi bizim hər gün ortaya qoyduğumuz böyük işlərdir. Açığı onların üzərində ağır iqtisadi təzyiq də var. Yaxın Şərqdəki İran qüvvələrinə ayrılan büdcə 2 milyard dollardır. Hətta hazırda Suriya və Hizbullaha gedən vəsait bu rəqəmdən də aşağıdır”, - deyə Liberman əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az