Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Rusiya hüquq mühafizə orqanları İrəvandan onun təhvil verilməsi barədə rəsmi bildiriş alıblar və hazırda məsələ müzakirə mərhələsindədir. Lakin 2002-ci ildən Rusiya vətəndaşlığı olan Mikayel Harutyunyanın təhvil verilməməsi barədə ilkin qərar var.
Mənbə yazışmanın təfərrüatları barədə məlumat verməsə də bildirişin "İnterpol"un Rusiyadakı milli mərkəzinin xətti ilə daxil olduğunu qeyd edib.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Mikayel Harutyunyan İrəvandakı 2008-ci il 1 mart hadisələri ilə açılan cinayət işi çərçivəsində axtarışdadır.
Alpər Mövludoğlu
Ordu.az