Rusiya MN: Aralıq dənizindəki hərbi fəaliyyətlərin səbəbkarı Vaşinqtondur

2018/08/46456456_1535628455.jpg
Oxunub: 3865     19:14     01 Sentyabr 2018    
Rusiya Aralıq dənizində həyata keçirdiyi hərbi fəaliyyətlərin ABŞ-ın təxribatçı addımlarına cavab olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiyanın son günlərdə Aralıq dənizində hərbi genişlənmə işləri kimisə təhdid etmək və ya bənzər hər hansısa məqsəd daşımır.

“Bizim Aralıq dənizində həyata keçirdiyimiz fəaliyyətlər sadəcə Rusiyanın və onun müttəfiqlərinin təhlükəsizliyinin sığortalanması məqsədi güdür. Moskva son dövrlərdə ABŞ-ın regionda artan təhdidlərinə cavab olaraq bu addımı atmalı idi. Aralıq dənizində mövcud olan gərginliyin və Moskvanın hərbi gedişlərinin başlıca səbəbi Vaşinqtonun artan təzyiqləridir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Rusiya 25 gəminin və 30 döyüş təyyarəsinin iştirakı ilə Aralıq dənizində geniş miqyaslı təlimlərə start verib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Təlimlər  


Bizi "telegram"da izləyin