Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

2018/08/34534535_1525071799_1530338020_1532937899_1535609509.jpg
Oxunub: 4199     14:26     31 Avqust 2018    
Ordu.az 2018-ci ilin avqustun 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Avqust ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 3-ü qəza, 1-i boğulma, 1-i naməlum hadisə nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən qəza nəticəsində 8 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, ən azı 3 fərarilik, 2 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb.

Bununla yanaşı, avqustun 5-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayış baş verib. Ölən və yaralananlar barədə məlumat gizlədilib.

5 avqust

Saat 17:30 radələrində Ermənistan ordusunun işğal edilən Qarabağ ərazisində qanunsuz dislokasiya olunan mərkəzi tabelikdəki hərbi hissələrindən birində bədbəxt hadisə nəticəsində 1982-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu Armen Raşidoviç Hovakimyan ölüb.

İlkin məlumata görə, Ermənistan ordusunun hərbi qulluqçusu göldə çimərkən ölüb. Hadisə işğal altında olan Ağdərədə rayonundakı “Xaçın” su anbarında baş verib.

Aparılan xilasetmə işləri nəticəsində, “Xaçın” su anbarında boğulma hadisəsi baş verən yerdən 800 m uzaqlıqda 43 yaşlı Aram Sarkisyan və 36 yaşlı Armen Hovakimyanın meyitləri aşkar edilərək sudan çıxarılıb.

*****

Axşam saatlarında Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayış baş verib.

Ölən və yaralananlar barədə məlumat gizlədilir.

9 avqust

Saat 07:50 radələrində Loru vilayətinin İrəvan-Vanadzor yolunun Spitak dolaylarında Araqatsotn vilayətinin Kuçak kənd sakini 32 yaşlı Artak Qriqoryan idarə etdiyi "Mercedes ML" markalı avtomobilinin idarəetməsini itirərək qəza törədib.

Avtomobil yolkənarı dəmir maneələrə çırpılaraq 150 m-dək məsafədə bir neçə dövrə vurmaqla dərəyə yuvarlanıb.

Məlumata görə, qəza nəticəsində sürücü A.Qriqoryan hadisə yerində ölüb. Onun meyiti avtomobildən xilasedicilər tərəfindən çıxarılıb.

Hadisə yerinə Ermənistan müdafiə nazirliyinin hərbi polis idarəsinin Vanadzor şöbəsinin əməliyyat qrupu cəlb edilib. Ölən Qriqoryan Ermənistan ordusunun mayor rütbəli, avtotexniki hissə rəisi olub.

13 avqust

Saat 07:40 radələrində Ermənistanın Qeğarkunik vilayətinin Çəbərək şəhərində Şorja kənd sakini 39 yaşlı Aram Harutyunyanın idarə etdiyi "Mercedes" və Çəmbərək şəhər sakini 39 yaşlı Ruslan Harutyunyanın idarə etdiyi "ВАЗ 2107" markalı avtomobillər toqquşub.

Avtoqəza nəticəsində hər iki sürücü bədən xəsarətləri ilə Çəmbərək şəhər xəstəxanasına təxliyyə ediliblər.

Məlumatda bildirilir ki, sürücü A.Harutyunyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsinin taqım komandiri, R.Harutyunyan isə həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusudur.

14 avqust

Ermənistan ordusunda postlarda müşahidəni təmin edən qurğuların yanacaq və yağ təminatı mənimsənilib.

İlkin araşdırma zamanı məlum olub ki, Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin yanacaq sürtgü materialları xidmətinin kapitan rütbəli sabiq rəisi, öz vəzifə səlahiyyətindən istifadə edərək, postlarda müşahidəni təmin edən qurğular üçün nəzərdə tutulmuş 977 kq yanacaq və 15 kq yağ barədə saxta mədaxil qeydləri etməklə onları mənimsəyib.

Ermənistanın hərbi istintaq oprqanı tərəfindən hərbi hissələrdə yanacağın mənimsənilməsi faktı üzrə cinayət işi açılıb.

*****

Ermənistanda hərbi xidmətdən azad etmək üçün 19 min ABŞ dolları rüşvət almaqda ittiham olunan 3 nəfər həbs edilib.

2018-ci ilin 30 iyul tarixində polisin Nor-Nork şöbəsində qaldırılmış cinayət işi çərçivəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı A.Antonyan istintaqa şəxsiyyəti hələlik məlum olmayan vəzifəli şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində qanunsuz əməllərə yol verərək, 1999-cu il təvəllüdlü “A.Q” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 15 min ABŞ dolları həcmində rüşvət almasına yardım edib.

Bununla da çağırışçı qanuni əsas olmadan 2017-2018-ci il hərbi xidmətə çağırışdan möhlət hüququ əldə edib. Avqustun 13-də törətdiyi cinayət əməlinə görə Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Antonyan həbs edilib. 14-də isə törətdiyi cinayət əməlinə görə çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə rüşvət verən valideyni “Ş.Q” də həbs edilib.

İlkin araşdırma zamanı, həmçinin məlum olub ki, Ermənistan müdafiə nazirliyinin Martuni rayon hərbi komissarlığının bölmə rəisi S.Aspaturyana 2000-ci il təvəllüdlü “E.H” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 19 min ABŞ dolları həcmində rüşvət alıb. Daha sonra hərbi komissarlıq bölməsinin rəisi, “E.H” adlı çağırışçını Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Antonyanla tanış edib.

Bundan başqa Ermənistan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Antonyan istintaqa şəxsiyyəti hələlik məlum olmayan vəzifəli şəxs tərəfindən öz səlahiyyətləri çərçivəsində qanunsuz əməllərə yol verərək, 2000-ci il təvəllüdlü “H.M” adlı çağırışçının hərbi xidmətdən azad edilməsi məqsədilə valideynlərindən 2 min ABŞ dolları həcmində rüşvət almasına yardım edib. Bununla da “H.M” adlı çağırışçı qanuni əsas olmadan 2018-ci ilin hərbi xidmətinə yay çağırışından möhlət hüququ əldə etdib.

“H.M” adlı adlı çağırışçı hərbi xidmətdən azad edilməsi məqsədilə rüşvət verməsinə görə yaşayış yerini tərk etməmə iltizamı qarşılığında azad edilib.

16 avqust

Loru vilayətinin Vanadzor şəhərində Ermənistan müdafiə nazirlyinə aid UAZ markalı avtomobilin iştirakı ilə yol nəqliyyat qəzası baş verib. Saat 15:40 radələrində "Zil" markalı avtomobillə Ermənistan müdafiə nazirlyinə aid UAZ (ՊՆ 2810 Տ) markalı avtomobil toqquşub.

Baş verən yol qəzası nəticəsində UAZ markalı avtomobil çevrilib, avtomobilin 2 sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya təxliyyə edilib.

Hadisə yerindən verilən məlumata görə, xəstə hərbi qulluqçunu İrəvan hərbi hospitalına aparan UAZ markalı avtomobil müdafiə nazirliyinə məxsusdur. Qəzada yaralanan 2 nəfərdən biri İrəvandakı hospitala aparılan xəstə hərbi qulluqçu, digəri isə tibb bacısıdır.

17 avqust

Saat 00:10 radələrində Loru vilayətinin Vanadzor-Dilican yolunda Şirak vilayətinin Marmaşen kənd sakini 41 yaşlı Manvel Qulumçyanın idarə etdiyi "Mercedes" markalı və Çarentsavan şəhər sakini 23 yaşlı Masis Poğosyanın idarə etdiyi VAZ 21014 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və VAZ 21014 markalı avtomobilin sərnişinləri olan Rusiya vətəndaşları 52 yaşlı Tamara Hakobyan, 13 yaşlı Kristina Bayanduryan müxtəlif bədən xəsarətləri ilə Vanadzor xəstəxanasına təxliyyə ediliblər.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin ordu korpuslarından birinin Hava Hücumundan Müdafiə xidmətinin rəisi olan "Mercedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Manvel Qulumçyan avtomobili idarə edərkən sərxoş olub.

20 avqust

Gecə saatlarında Ermənistanın Berd-Çəmbərək yolunda 23 yaşlı Q.M-nin idarə etdiyi Vaz-2106 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 200 m məsafəyədək sürüşərək dərəyə yuvarlanıb.

Xilasetmə qrupu gələnədək vətəndaşların yardımı ilə sərnişinlər, 36 yaşlı L.B və 49 yaşlı M.Ş avtomobildən çıxarılıb. Yaralılardan 36 yaşlı L.B Berd tibb müəssisəsinə, sürücü 23 yaşlı Q.M və digər sərnişin 49 yaşlı M.Ş Berd rayonundakı hərbi hospitala təxliyyə ediliblər.

Xilasetmə qrupu isə avtomobildən sərnişin 62 yaşlı S.B-nin çıxarılmasını təşkil edib və onu da Berd tibb müəssisəsinə təxliyyə ediblər. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndiriblər.

Ermənistan müdafiə nazirliyi faktla bağlı rəsmi açıqlama verməyib.

21 avqust

Çağırışçıların Ermənistan ordusunda hərbi xidmətdən azad edilməsinə görə külli miqdarda vəsaitin mənimsənilməsi faktı aşkar edilib.

Ermənistan vətəndaşı Karen Babaxanyan hərbi xidmət yaşı tamam olan və ya artıq hərbi xidmətdə olan şəxslərin xeyrinə hərbi xidmətdən azad edilmələri üçün müxtəlif yardımlarını təklif edərək onların valideynləri ilə tanış olaraq, özünü geniş əlaqələri olan şəxs kimi təqdim etməklə aldatma yolu ilə külli miqdarda vəsait mənimsəyib.

2016-2017-ci illər ərzində həmin valideynlərdən hissə-hissə külli miqdarda vəsait alaraq mənimsənilib. Ona qarşı cinayət məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.

24 avqust

Ermənistan müdafiə nazirliyinin hərbi polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində "N" saylı hərbi hissənin 2-ci taborunun komandiri mayor A. Xaçatryan hərbi polisə dəvət olunub.

Ermənistan müdafiə nazirliyinin hərbi polisindən verilən məlumata görə, mayor Xaçatryanla aparılan izahedici iş nəticəsində o, əməllərini etiraf edib.

Onun verdiyi izahata görə, Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsinin 1 nömrəli mərkəzində xidmətə göndərilməsi məqsədilə 2017-ci ilin iyul-avqust aylarında erməni vətəndaş, 1992-ci il təvəllüdlü S. Sarkisyandan pul tələb edərək, ondan 2500 ABŞ dolları həcmində pul alıb. Lakin Sarkisyan xidmət yerinin təşkil edilməsini həyata keçirməyib və bu ilin avqust ayının əvvəlində ona 200 min dram qaytarıb.

29 avqust

Saat 08:15 radələrində Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində hərbi hissə növbətçisi, baş leytenant Karen Samvel Hovhannisyan çənə və başının yuxarı nahiyəsindən odlu silah yarası ilə ölü vəziyyətdə tapılıb.

Ermənistan hərbi istintaq baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsi baş leytenant Karen Samvel Hovhannisyanın ölümü ilə bağlı araşdırma aparır.

30 avqust

Saat 11:00 radələrində Ermənistanın Sünik vilayətinin Qafan-Kacaran yolunda 55 yaşlı Vardan Hakobyanın idarə etdiyi VAZ-2106 və 42 yaşlı Robert Stepanyanın idarə etdiyi FAW markalı yük avtomobili toqquşub.

Məlumata görə, VAZ-2106 markalı avtomobilin sürücüsü Vardan Hakobyan və onun sərnişini 36 yaşlı Martin Antonyan qəza nəticəsində hadisə yerində ölüblər.

Araşdırmalara görə, 36 yaşlı Martin Antonyan erməni ordusunun müqaviləli hərbi qulluqçusudur.

31 avqust

Saat 01:00 radələrində Ermənistanın Loru vilayətinin Spitak-Vanadzor yolunda 22 yaşlı Davit Qalstyan idarə etdiyi VAZ-2106 markalı avtomobilin idarə etməsini itirərək bir neçə dövrə vurduqdan sonra sahəyə aşıb.

Məlumata görə, sürücü Qalstyan hadisə yerində ölüb. Onun sərnişinləri 23 yaşlı Qarnik Mkrtçyan və 22 yaşlı Vağarşak Nazaryan bədən xəsarətləri ilə Spitak şəhər xəstəxanasına təxliyyə ediliblər.

Bildirilir ki, ölən və yaralılar erməni ordusunun hərbi qulluqçularıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Yaralanma   Korrupsiya   Qəza  


Bizi "telegram"da izləyin