Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan məmurlara müdafiə nazirliyinin fəaliyyətinin əsas istiqamətləri və onlardan irəli gələn problemlər barədə öz baxışlarını təqdim edib.
O bildirib ki, hazırda silahlanma üzrə layihələrin yenilənməsi işləri davam edir.
"Aparılan işlər çərçivəsində çoxfunksiyalı aviasiya vasitələrinin əldə edilməsi planlaşdırılır. Aviasiyanın müasir görünüşü bombardmançı-qırıcı aviasiya vasitələrinin olmasını tələb edir", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az