Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məktubda Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində aparılan danışıqların yenidən təhlükə altında olduğu və dayandırıla biləcəyi bildirilib.
Birbaşa ABŞ Dövlət katibi Mayk Pompeoya ünvanlanan məktubda Şimali Koreya rəhbəri Kim Çen In hökumətinin danışıqlar prosesində irəliləyişə nail olunmadığını hiss etdiyi göstərilib.
“ABŞ sülh müqaviləsi imzalanması istiqamətində addım atma baxımından hələ də Şimali Koreyanın gözləntilərini qarşılamağa hazır deyil”, - deyə məktubda qeyd olunub.
Məlumata görə, məktub Şimali Koreya Kəşfiyyat agentliyinin sabiq rəhbəri Kim Yonq Çol tərəfindən göndərilsə də, onun necə göndərildiyi məlum deyil. “Washington Post” isə bildirib ki, KXDR son zamanlar BMT yanındakı daimi missiyası vasitəsilə ABŞ-la yaxından əlaqə saxlayır.
Ağalar Ağalarlı
Ordu.az