Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb nüvə yarışı rəqabətində olan Hindistan və Pakistanın bu baxımdan region üçün olduqca təhlükəli vəziyyət yaratmalarıdır.
Belə ki, aparılan araşdırmalara əsasən, hazırda hər iki ölkə özünün sahib olduğu nüvə arsenalını daha da təkmilləşdirmək yolunda olduqca ciddi addımlar atırlar.
Heç bir tərəf bu iddiaları qəbul etməsə də, ABŞ kəşfiyyatının yayımladığı hesabatda son dövrlərdə bu yarışın donanmalar səviyyəsində həyata keçirildiyi bildirilir.
Belə ki, hazırda Pakistan və Hindistanın istehsalı davam etdirilən bir sıra döyüş gəmilərinə (məlumata əsasən Hindistanda belə gəmilərin sayı 4, Pakistanda isə 3-dür) ordunun xidmətindəki nüvə raketi başlıqlarının inteqrasiya edilmə imkanları üzərində işlər aparılır.
Əlbəttə ki, bundan narahatlığını bildirən ABŞ və bir sıra qlobal əhəmiyyətli güclər, eyni zamanda BMT son dövrlərdə regiondakı artan nüvə təhlükəsi ilə bağlı ardıcıl bəyanatlar səsləndirirlər.
Hətta Ağ Evdən verilən bəyanatda Dehli və İslamabaddan Etibar Formalaşdırma Tədbirləri adlı razılığın şərtlərinə geri dönmələri tələb edilib. Əks təqdirdə rəsmi Vaşinqton hər iki tərəfi sanksiyalarla hədələyib və bu məsələnin BMT-nin ümumi iclasına və təhlükəsizlik şurasına çıxarılacağını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az