Ordu.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Belarus 1” televiziyasına müsahibəsində danışıb.
“Biz KTMT məsələləri və Xaçaturovun Ermənistanda saxlanmasına münasibət bildirdik. Bizim mövqeyimiz aydın və anlaşılandır. O zaman da digər üzvlərə təklif etdik, lakin onlar bizə vaxtında qulaq asmadılar”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, Belarus və Rusiya prezidentləri Ermənistanın yeni rəhbərliyinin prizmasından bu məsələni və Ermənistanın Baş naziri Nikol Paşinyanın həyata keçirdiyi siyasəti daha dərindən nəzərdən keçiriblər.
“Biz KTMT daxilində birgə fəaliyyətimizi, mövcud problemləri, təşkilat üzvlərinin məsul olduğu tədbirlərin istiqamətini müzakirə etdik”, - deyə Belarus prezidenti əlavə edib.
Qeyd edək ki, KTMT-nin fəaliyyətdə olan Baş katibi və həmçinin Ermənistanın sabiq Müdafiə nazirinin müavini olmuş Yuri Xaçaturov 2008-ci il 1-2 mart tarixlərində İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıb. Buna baxmayaraq o, iyulun 27-də azadlığa buraxılıb və vəzifəsinin icrasına geri dönüb.
Ağalar Ağalarlı
Ordu.az