“Raytheon” ABŞ donanmasına “Tomahawk” hissələri çatdıracaq

2018/08/40012735_706862186348440_371099390716149760_n_1535195118.jpg
Oxunub: 3366     22:12     25 Avqust 2018    
“Raytheon” kompaniyası ABŞ donanması ilə “Tomahawk Block IV” qanadlı raketlərinə dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 9,3 milyon dollar dəyərində olan müqavilə çərçivəsində firma ABŞ donanmasına “Tomahawk” raketləri üçün detalların çatdırılmasını həyata keçirəcək.

Müqavilə üzrə nəzərdə tutulan işlər Birləşmiş Ştatların bir neçə bölgəsində paralel olaraq aparılacaq və gələn ilin avqustunda tamamlanacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ   Tomahawk  


Bizi "telegram"da izləyin