“Hizbullah” Suriyada silahlı qüvvələr saxlayacaq

2018/08/39999676_1005637256282333_4366846176448741376_n_1535195021.jpg
Oxunub: 2216     20:01     25 Avqust 2018    
Suriya hökuməti “Hizbullah”a ölkə daxilində hərbi qüvvə saxlaması ilə bağlı rəsmi tələb göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hökumət ölkə daxilində bəzi bölgələrdə təhlükəsizliyini təmin edilməsi üçün “Hizbullah”ın dəstəyindən istifadə edəcək.

Belə ki, “Hizbullah” silahlıları bundan sonra da Livan-Suriya sərhədlərində fəaliyyət göstərəcəklər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hizbullah  


Bizi "telegram"da izləyin