Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bazara dair yeni araşdırma nəticələrinin əks olunduğu hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, əgər proqnozlar özünü doğrultsa da, illik 10,1% böyümə ilə bazarın dəyəri 2025-ci ildə 135,48 milyard dollara çata bilər.
Bazarın böyüməsinin əsas səbəbi isə potensial düşmənlərdən gələn kiber təhdidlərin artması və milli təhlükəsizliyə qarşı olan kiber hücumları öncədən aşkar etmə ehtiyacıdır. Dünyada artan kiber hücum təhdidi dövlətlərin kritik infrastrukturların müdafiəsi üçün daha sərt doktrinalar hazırlamasına gətirib çıxarır.
Bu bazarın tərkib hissəsi olan informasiya texnologiyaları seqmentinin dəyəri 2016-cı ildə 22,7 milyard dollar olub. 2025-ci ildə əsas paya sahib sektorun 43,84 milyard dollarla konsultasiya xidmətləri olması gözlənilir.
Regionlar üzrə baxsaq, 2025-ci ildə də Şimali Amerikanın əsas pay sahibi region olaraq qalacağı gözlənilir. Onu 2016-cı ildə bazarın 27,5%-nə sahib olmuş Avropa izləyəcək. Üçüncü yerdə olacaq Asiya-Sakit okean regionu isə illik 11,9% artımla ən sürətlə böyüyən region olacaq.
Kritik infrastrukturların mühafizəsi üçün tələb olunan xidmətləri göstərən əsas şirkətlər arasında “BAE Systems”, “General Dynamic”, “Boeing” və “Raytheon Company”ni göstərmək olar.
Ağalar Ağalarlı
Ordu.az