Rusiya Tartusa 3 böyük gəmi göndərib

2018/08/39996579_317301399041773_3023493501338779648_n_1535194422.jpg
Oxunub: 2301     21:32     25 Avqust 2018    
Rusiya donanması Suriyanın Tartus şəhərində yerləşən Tartus” limanına üç böyük hərbi gəmi göndərib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bosfor Müşahidəçi qrupunun üzvü Yörük İşık bildirib.

Məlumata göndərilən gəmilər “BSF Krivak” sinifli “Pytlivy”, “BSF Tapir” sinifli “LST Orsk” və “LST Nikolay Filçenko” freqatlarıdır.

Qeyd edək ki, son iki ildə iki dəfədir ki, Rusiya donanması Suriyadakı “Tartus” limanına üç böyük gəmi göndərir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Tartus   Suriya  


Bizi "telegram"da izləyin