Əfqanıstan ordusu dronla İŞİD terrorçularını hədəf alıb

2018/08/40077690_507070196421866_6627621801767731200_n_1535193987.jpg
Oxunub: 4283     18:46     25 Avqust 2018    
Əfqanıstan ordusunun 201-ci Selab Hərbi Korpusu Kunar vilayətində drondan istifadə etməklə İŞİD terrorçularına zərbə endirib.

Ordu.az “Tolonews”a istinadən xəbər verir ki, bu barədə korpusun yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, vilayətin Manoqi və Naranq bölgələri arasında həyata keçirilən hücum zamanı azı 5 terrorçu məhv edilib.

Əfqanıstanın xüsusilə Kunar və Nənqərhar vilayətlərində aktiv fəaliyyət göstərən terrorçuların hansı dronla vurulması və hücuma dair digər detallar açıqlanmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Terror  


Bizi "telegram"da izləyin