Əfqanıstanda seçki məntəqəsinə hücum: 3 ölü, 8 yaralı

2018/08/234234_1535184101.jpg
Oxunub: 2926     15:59     25 Avqust 2018    
Əfqanıstanın Cəlalabad şəhərində bir qrup silahlı şəxs seçki məntəqəsinə terror hücumu həyata keçirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, bu gün regional seçki mərkəzinə edilən terror hücumu nəticəsində 3 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Hələlik hadisəni heç bir qruplaşma üzərinə götürməsə də, rəsmilər hadisəni İŞİD-in törədə biləcəyini ehtimal edirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Terror   Seçki  


Bizi "telegram"da izləyin