Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri rusiyalı millət vəkili, Dövlət Dumasının İqtisadi Siyasət komitəsinin sədr müavini Vladimir Qutenev səsləndirib.
O, Rusiyanın ABŞ-ın sanksiyalarına qarşı asimmetrik cavablar düşünməli olduğunu, belə cavablardan birinin isə Suriyada taktiki nüvə silahları yerləşdirmək ola biləcəyini vurğulayıb.
“Düşünürəm ki, artıq Rusiya özünün “qırmızı xətt”ini çəkməlidir. Bu dəfə ABŞ-a qarşı ekspertlər tərəfindən təklif olunan bəzi asimmetrik tədbirlər görülməlidir. Bu tədbirlər nəinki sanksiyaları hədəf almalı, üstəlik qarşı tərəfdə bəzi xəsarlar da yaratmalıdır”, - deyə Qutenev bildirib.
O, ABŞ nümunəsini izləyərək xarici ölkələrdə taktiki nüvə silahlarının yerləşdirilməsinin mümkün olduğunu və Suriyada yaxşı mühafizə olunan bazaların belə silahlara ev sahibliyi edə biləcəyini diqqətə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az