İraqın Anbar vilayətindəki partlayışda 3 əsgər yaralanıb

2018/08/456456_1535178303.jpg
Oxunub: 4446     14:23     25 Avqust 2018    
İraqın Anbar vilayətinin qərbindəki bomba partlayışı nəticəsində hökumət qüvvələrinin üç əsgəri yaralanıb.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə bölgədə olan hərbi mənbə bildirib.

Onun sözlərinə görə, hadisə vilayətin Hit şəhərindən əl-Bəkrə gedən yolun kənarına yerləşdirilmiş bombanın işə düşməsi nəticəsində baş verib. Bomba partlayan zaman hərbçilər ərazidə patrul reydi aparırmış.

Partlayış nəticəsində yaralanan 3 əsgər müalicə üçün cəld olaraq yaxınlıqdakı hospitala çatdırılıblar. Onların vəziyyəti barədə məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Terror  


Bizi "telegram"da izləyin