Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Koordinasiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Tsiqankov bildirib.
“Qanunsuz silahlı qruplar tərəfindən PUA-lar vasitəsilə iki dəfə hökumət qüvvələrinə hücuma cəhd edilib. Bu hücumlarda ümumilikdə üç PUA-dan istifadə edilib və hamısı Suriya silahlı qüvvələrinin müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib”, - deyə Tsiqankov bəyan edib.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, uzlaşma prosesinin iştirakçıları İdlib münaqişəsizlik bölgəsində fəaliyyət göstərən qanunsuz silahlı qrupların pozuntularını qeyd etməyə davam edirlər.
Ağalar Ağalarlı
Ordu.az