Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Fransa donanmasının Sakit okean filotiliyasının komandiri admiral Loren Lebreton bildirib.
O qeyd edib ki, Fransa odusunun regiondakı mövcudluğunun başlıca səbəbi bölgədəki Fransa vətəndaşlarının qorunmasıdır.
“Avstraliya və Yeni Zenlandiya donanmaları ilə ortaq hərbi təlimlərimizin və regiondakı hərbi gücümüzün artırılmasının Çinlə mübarizə məqsədilə həyata keçirildiyini iddia edənlərə bunun belə olmadığını qətiyyətlə bildirmək istəyirəm. Fransanın burada güclənməsində yeganə məqsədi sahib olduğu ərazilərinin təhlükəsizliyini təmin etmək və regiondakı 500 min vətəndaşını qorumaqdır. Biz Çini hədəf almamışıq”, - deyə admiral vurğulayıb.
Qeyd edək ki, Fransa Sakit və Hind okeanında mövcud olan onlarla adanın sahibidir və bu adalarda ümumilikdə yarım milyondan çox vətəndaşı yaşayır.
Dəyanət Ağalarlı
Ordu.az