Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
Cümə axşamı İsveçrənin Cenevrə şəhərində Rusiyadan olan həmkarı Nikolay Patruşevlə bir araya gələn Bolton Suriya ordusunun kimyəvi silahlardan istifadə edəcəyi halda ABŞ-ın Suriyaya yenidən zərbə endirməyə hazır olacağını vurğulayıb.
Məlumata görə, Patruşevlə danışıqlar zamanı Bolton Bəşər Əsəd hökumətinin bu vaxta qədər ötən il və bu ilin əvvəlindəki zərbələrdən daha güclü cavabla üzləşə biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Suriya ordusu bir müddətdir ki, İdlib bölgəsi istiqamətində hücuma hazırlaşır. ABŞ isə Əsədin İdlibdə də kimyəvi silahdan istifadə edə biləcəyindən narahatdır.
Ağalar Ağalarlı
Ordu.az