Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manvel Qriqoryanın vəkili Arsen Mkrtçyan deyib. O əlavə edib ki, məhkəmə tibbi müayinəsinin xəstəxana mərhələsi qismən başa çatıb.
"Manvel Qrigoryan həbs olunduqdan sonra insulindən asılı xəstəyə çevrilib. Onun vəziyyəti ağır olaraq, qalmaqda davam edir", - deyə Mkrtçyan bildirib.
Məhbusa təsir vasitəsi olaraq yaxın qohumları ilə görüşə icazə verilmədiyi bildirilib.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə nazirinin müavini, parlamentin deputatı, "Yerkrapah" müharibə könüllüləri ittifaqının sədri, Füzuli və Cəbrayıl rayonlarının işğalını gerçəkləşdirən 5-ci briqadanın keçmiş komandiri, general Manvel Qriqoryan qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması, həmçinin 2016-cı ilin aprel döyüşlərində yaralanan erməni hərbçilərinə ayrılan humanitar yardımın mənimsənilməsi üzrə cinayət əməlində ittiham olunub.
Alpər Mövludoğlu
Ordu.az