Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusilə müşahidəçi statusu barədə sənədlər toplusu müzakirəyə təqdim edilib. Bu o deməkdir ki, yaxın günlərdə Azərbaycanın KTMT-yə üzv olması məsələsi ciddi müzakirə olunacaq.
Erməni ekspertlər, bunu Qarabağ məsələsinin həlli baxımından kifayət qədər təhlükəli hesab edirlər.
Onların sözlərinə görə, KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə və prosesin qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilərdi. Lakin Ermənistanda ona qarşı açılan cinayət işi bir tərəfdən KTMT-də onun mövqelərini zəiflədib, digər tərəfdən artıq Xaçaturov əşyalarını toplamaqla yol üzərindədir və bunun qarşısının alınmasına xüsusi səy göstərmək niyyətində deyil.
Alpər Mövludoğlu
Ordu.az