KTMT-nin genişləndirilməsi məsələsi müzakirə olunur: Növbə Bakınındır?

2018/08/CISO-drills-prep-Arm-480x30023454_1522146432_1534249966_1534492450_1535089479.jpg
Oxunub: 1892     13:43     24 Avqust 2018    
KTMT-də üzvlərin sayının genişləndirilməsi məsələsi müzakirə olunur. Xüsusən də müşahidəçi və tərəfdaşlıq haqqında sənədlər paketi təşkilatın daimi şurasının müzakirəsinə verilib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat KTMT-nin rəsmi saytında yayılıb.

Bildirilir ki, müzakirələrdə təşkilata üzv ölkələrin maraqlı dövlət qurumları və nazirliklərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, son vaxtlarda Azərbaycan da KTMT-yə qarşı xüsusi maraq göstərir. Azərbaycan milli məclisinin deputatı, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynli Azərbaycanın KTMT-də ilk növbədə müşahidəçi qismində iştirak etməsinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, hazırda KTMT-nin tərkibinə Rusiya, Qazaxıstan, Belarus, Qırğıstan, Tacikistan və Ermənistan daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Azərbaycan  


Bizi "telegram"da izləyin