Ordu.az xəbər verir ki, erməni jurnalistin "Bizim ölkədə KTMT-nin üzvü olan Belarusun Azərbaycana silah satışını, üstəlik həmin silahın bizə qarşı istiqamətlənəcəyini bilərək birmənalı olaraq qəbul etmirlər. Məsələni necə şərh edərdiniz?" sualına Nazaruk bu şəkildə cavab verib.
"Kifayət qədər məlumata malik olmadığıma görə silah satışı məsələsini müzakirə etməyəcəm. Silah satışı məsələsi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir. Əgər Belarus hər hansı şərti, müqavilənin hansısa bəndini pozubsa, siz bizə deyin", - deyə o erməni jurnalistini susdurub.
Səfir, konkret olaraq sənədin hansı bəndini pozduqlarını, öhdəliklərini yerinə yetirmədiklərini soruşmaqla, bu məsələlərə balanslı yanaşmağı və bu halda emosional yox, konstruktiv qarşılıqlı əməkdaşlıq olacağını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az