Amerikalı politoloq: “Trampın NATO çox uzağa getməyəcək ifadəsi doğrudur”

2018/08/456456_1534833086.jpg
Oxunub: 2144     14:30     21 Avqust 2018    
ABŞ poliqoloqu Mitçel Şou Trampın NATO sammitində “bu şəraitdə gələcəyə ümid etmək mamkünsüzdür və NATO bu halı ilə çox uzaqlara getməyəcək” ifadəsinə münasibət bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ekspert iddia edir ki, hazırkı şəraitdə NATO maksimum 10 il davam edə bilər.

O qeyd edib ki, Trampın səsləndirdiyi bu fikrin arxasında yatan ideya doğrudur, lakin ABŞ prezidenti buna nəyin, yaxud kimin səbəb olduğunu da düşünməlidir.

“Bəli ABŞ Almaniya, Fransa və alyans daxilindəki hər kəsi müdafiə edir. Hər kəs də buna görə də öz üzərində düşən maliyyə öhdəliklərini yerinə yetirməlidir. Lakin bu tələblər də qarşı tərəfi bu qədər sarsıdacaq və müttəfiqlərin nüfuzuna xələl gətirəcək şəkildə olmamalıdır. Buna görə də müttəfiqlər çox şiddətli mövqe tuturlar. Bu özünü müdafiə instinktidir. Hər iki tərəf özünün mövqeyini müdafiə etməyə davam etdiyi müddətcə Trampın da dediyi kimi çox da parlaq bir gələcəyə ümid etmək mümkünsüzdür. Hazırkı situassiyada NATO mövcudluğunu və hazırkı təsir gücünü maksimum 10 il qoruya bilər”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Tramp  


Bizi "telegram"da izləyin