Tərtərdə əkin sahəsindən mərmi tapılıb

2018/08/22525353-1ba9-4c83-8a01-391116e8b7f2_292_1534589505.jpg
Oxunub: 367     18:51     18 Avqust 2018    
Tərtər rayonunda əkin sahəsindən mərmi tapılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları yuxarıda adı qeyd olunmuş ərazinin əkin sahəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri 1 ədəd QDT-90 partladıcısını aşkaryıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınılıb.

Partladıcının tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

Teqlər: Tərtər   ANAMA   Mərmi  

Tərtərdə əkin sahəsindən mərmi tapılıb

2018/08/22525353-1ba9-4c83-8a01-391116e8b7f2_292_1534589505.jpg
Oxunub: 368     18:51     18 Avqust 2018    