"KTMT-yə üzv olan tərəfdaş ölkədə fırtınalı hadisələr baş verir" - Tarasov

2018/08/23423423423423_1513583115_1534495359.jpg
Oxunub: 720     16:40     17 Avqust 2018    
"Moskva KTMT ilə bağlı prosesləri yaxından izləyir. Çünki Rusiya ilə birliyin içərisində olan tərəfdaş ölkədə fırtınalı hadisələr baş verir və faktiki olaraq bu hadisələr pərdəarxasında davam edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Moskvanın müdaxiləsindən sonra sərbəst buraxıldığına dair İrəvanda fəal şəkildə yayılan şayiələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Köçəryanın həbs qəti imkan tədbirinin dəyişdirilməsində heç bir şəkildə xarici qüvvələrin iştirakı yoxdur.

"Moskva təbii olaraq İrəvandakı hadisələri izləyir və bu da rəsmi cavab olaraq qəbul edildi. Çünki KTMT baş katibi Xaçaturovun həbs qərarı dərhal dəyişdi. Əvvəllər də KTMT baş katibinin bu işə cəlb olunmasının Moskva və ya Ermənistanın KTMT-dəki digər həmkarlarının diqqətindən kənarda qala bilməyəcəyini qeyd etmişdim.

Gördüyümüz kimi, bu məsələ KTMT prezidentləri tərəfindən yüksək səviyyədə müzakirə olunur. KTMT üçün həqiqətən problem halına gələn məsələni bu yaxınlarda Putin və Nazarbayev müzakirə ediblər. Əlbəttə ki, KTMT-yə üzv dövlətlər bundan yan qaçmaq istəyərdi. Lavrov Moskvanın bu məsələ ilə bağlı narazılığını dilə gətirdi. O, Ermənistan rəhbərliyinin sabiq hakimiyyət nümayəndələrinin cəzalandırılmayacağı barədə yeni hakmiyyətin verdikləri vədlərini xatırlatdı. Ancaq indi bu işdə bir ziddiyyət olduğunu bildirdi. Bəzi bəyanatlarda heç bir ad olmasa da, Ermənistanın ikinci prezidenti üçün dəstək axtarmağa çalışanlar mümkün ola bilər. Lakin bildirim ki, Köçəryanın həbs qəti imkan tədbirinin dəyişdirilməsində heç bir şəkildə xarici qüvvələrin iştirakı yoxdur", - deyə o qeyd edib.

O, Rusiya Federasiyasının Ermənistanın keçmiş prezidenti haqqında rəsmi bəyanatlar verə bilməyəcəyini və bunu etmədiyini bildirib: "Çünki, Köçəryan təqaüdçü prezidentdir, buna görə də Moskvanın müdaxiləsinə dair fikirlər yersizdir. Köhnə və ya bugünkü hər hansı siyasi xadimə qarşı müsbət və ya mənfi münasibət olsa da, bu ictimai siyasətdə ifadə edilə bilməz. Təbii, çox ehtimal ki, köhnə prezidentlər Kremldəki bəzi dairələrlə əlaqə saxlaya bilərlər, lakin bu həmin dairələrin Ermənistanın məhkəmə sistemində qəbul etdiyi qərara müəyyən təsir göstərə bilməsi mənasını daşımır. Ermənistan məhkəməsi Ermənistanın qanunlarına əsasən qərar qəbul edib. Moskva buna niyə və ya necə təsir göstərə bilər? Mən bunu istisna edirəm".

O əmin edir ki, hətta Moskva KTMT Baş katibinin ətrafında belə hüquqi proseslərdən ehtiyat edir.

"Moskva KTMT ilə bağlı prosesləri də yaxından izləyir. Çünki Rusiya ilə birliyin içərisində olan tərəfdaş ölkədə fırtınalı hadisələr baş verir və faktiki olaraq bu hadisələr pərdəarxasında davam edir", - deyə Tarasov əlavə edib.

Xatırladaq ki, iki gün öncə hakim Aleksandr Azaryanın sədrlik etdiyi Ermənistanın Apellyasiya cəza məhkəməsi sabiq prezident Robert Köçəryanın vəkillərinin, Koçaryana qarşı həbs qəti imkan tədbirinin dəyişdirilməsinə dair müraciətini təmin etməyə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT   Rusiya  

"KTMT-yə üzv olan tərəfdaş ölkədə fırtınalı hadisələr baş verir" - Tarasov

2018/08/23423423423423_1513583115_1534495359.jpg
Oxunub: 721     16:40     17 Avqust 2018    