Ermənistanı KTMT ali orqanında baş nazir təmsil edəcək

2018/08/default_1534342709.jpg
Oxunub: 3455     22:17     15 Avqust 2018    
Bu gün Qazaxıstanın sədrliyi ilə KTMT katibliyində təşkilatın daimi şurasının iclası keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda KTMT-yə üzv ölkələrin daimi və səlahiyyətli nümayəndələri, KTMT baş katibinin müavinləri iştirak edib.

Daimi şura, xarici işlər nazirləri şurasının, müdafiə nazirləri şurasının, təhlükəzilik şuraları katibləri komitəsinin və Kollektiv təhlükəsizlik şurasının bu ilin noyabrında Astanada keçiriləcək KTMT birgə iclasının gündəliyi layihəsini müzakirə ediblər.

KTMT-yə dair bir sıra sənədlərdə əlavə və dəyişikliklərin edilməsi, dəyişikliklər paketinin təşkilata üzv dövlətlərin müzakirəsinə verilməsi barədə qərar qəbul edilib.

Daimi şura həmçinin KTMT-nin birgə qüvvələrinin hərbi təlimlərinin və KTMT-nin 2019-cu il büdcə layihəsi ilə bağlı bəzi məsələləri də müzakirə ediblər. Sənədlər KTMT-yə üzv ölkələrin daxili komissiyalarına göndərilib.

Ermənistanda konstitutsiya dəyişikliyinə əsasən bundan sonra KTMT səviyyəsində qəbul olunan sənədlərin baş nazir tərəfindən təsdiqlənməsi barədə təşkilatın müvafiq hüquqi sənələrində dəyişikliklərin edilməsi də nəzərdən keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin