Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahın rəisi - Aerokosmik Qüvvələri Baş komandanının birinci müavini Viktor Afzalov bildirib.
Afzalov qeyd edib ki, MDB Müdafiə Nazirləri Şurasının nəzdində HHM üzrə koordinasiya komitəsinin iclas iştirakçıları birgə hava hücumundan müdafiə sisteminin inkişafı və təkmilləşdirilməsi, ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı 10 məsələ müzakirə ediblər.
Afzalov qeyd edib ki, Koordinasiya Komitəsi birləşdirilmiş hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi-texniki əməkdaşlıq məsələlərinə diqqət yetirir.
"Bu əməkdaşlığın əsas hissəsi HHM avadanlıqlarının, ehiyat hissələrinin, əmlakının Ermənistan və Belarusa tədarükü, eləcə də Özbəkistanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə üzrə komanda məntəqələrinə perspektivli rabitə vasitələrinin tədarükü ilə bağlı ola bilər", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az