Kanada şirkəti Ukraynaya snayper tüfəngləri çatdıracaq

2018/08/received_307413933344435_1534264813.jpeg
Oxunub: 3530     00:58     15 Avqust 2018    
Kanadanın “PGW Defense Technologies” şirkəti Ukraynaya snayper tüfəngləri çatıdracaq.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kanadanın “Ottawa Citizen” qəzeti məlumat yayıb.

“Ukrayna mətbuatında UA televiziyası ilə müsahibəsində mərkəzi Vinnipeqdə yerləşən “PGW Defense Technologies” şirkətinin sahibi Ross Spaqrud firmasının Ukraynaya LRT-3, .50 BMG tüfənglərinin çatıdırılacağını təsdiqləyib. O bildirib ki, bu sövdələşmənin dəyəri 1 milyon dollar ətrafındadır”, - deyə qəzetin yazısında qeyd olunub.

Hər hansısa açıqlama verməkdən imtina edən Kanada hökumətinin Qlobal İşlər Nazirliyi isə həmin firmanın kommersiya maraqlarını müdafiə etməli olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna   Snayper-tüfəngi  


Bizi "telegram"da izləyin